Mətn 8. Ovçu və onun dostu


Bir ovçu dostu ilə ova gedirdi. Onlar ağacda bir quş gördülər. Ovçu quşa güllə atdı. Güllə quşa dəymədi və o uçdu. Ovçunun dostu dedi:
- Afərin!
Ovçu hirsləndi və dedi:
- Mənə gülürsən?
- Xeyr, əzizim, mən sənə gülmədim. Mən quşa afərin dedim. Axı, o, canını güllədən qurtardı.


Lüğət:
  • ovçu - охотник
  • güllə atmaq - стрелять
  • uçmaq - летать
  • afərin - молодец
  • hirslənmək - сердиться
  • gülmək, ələ salmaq - издеваться
  • canını qurtarmaq - избавиться
  • sevinmək - радоваться

Ovçu kim ilə ovda idi?

Quş harada idi?

Ovçu nə üçün hirsləndi?

Ovçunun dostu nə üçün "afərin" dedi?

Mətndə "əsəbiləşmək" sözünün SİNONİMİNİ tapın.

Mətndə "ağlamaq" sözünün ANTONİMİNİ tapın.

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Ovçu ağacdakı quşa güllə atdı.
Güllə quşa dəydi.
Ovçunun dostu sevindi.

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

Ovçu dostu ilə birlikdə idi.
Onlar ağacda çoxlu quş gördülər.
Ovçunun dostu ona güldü.

"Canını qurtarmaq" sözünün SİNONİMİ aşağıdakılardan hansıdır?

Məğlub olmaq
Xilas olmaq
İlişmək




← 7. Tülkü və durna       9. Ağıllı qız →