Mətn 9. Ağıllı qız


Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
— Fərqi nədi ki?
Balaca qız cavab verir:
—Çox böyük fərqi var. Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan.


Lüğət:
  • körpünü keçmək - перейти мост
  • narahat olmaq - волноваться
  • yıxılmaq - упасть
  • kiminsə əlini tutmaq - держать кого-то за руку
  • kiminsə əlini buraxmaq - отпустить чью-то руку
  • çaşbaş - спутанный
  • fərq - разница
  • icazə vermək - позволять

Körpünü keçərkən ata niyə narahat olur?

Atanı nə təəccübləndirir?

Balaca qız nə üçün atasının əlindən tutmaq istəmir?

Hekayənin əsas ideyası nədir?

Hekayə ilə bağlı DOĞRU fikri seçin.

Balaca qız körpünü tək keçir.
Ata balaca qızına körpünü keçməyə icazə vermir.
Balaca qız atasının əlini tutmaq istəmir.

Hekayə ilə bağlı YANLIŞ fikri seçin.

Ata qızı üçün narahat olur.
Balaca qız körpünü keçərkən atasının əlini tutur.
Balaca qız atasına ağıllı cavab verir.

Hekayədə "axmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "təəccüblənmiş" sözünün SİNONİMİNİ tapın.

"Fərq" sözünün ANTONİMİ hansı sözdür?

oxşaqlıq
müxtəliflik
çeşid




← 8. Ovçu və onun dostu       10. Ayaqqabılar →