 | Ac toyuq yuxuda darı görər. |
 | Ağıl yaşda deyil, başdadır. |
 | Ağlamayan uşağa süd verməzlər. |
 | Almanın yaxşısını meşədə çaqqal yeyər. |
 | Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. |
 | Bir əldə iki qarpız tutmaq olmaz. |
 | Bir od olanda o biri su olar. |
 | Böyük tökəni kiçik yığar. |
 | Cücəni payızda sayarlar. |
 | Çox istəyən azdan da qalar. |
 | Dama-dama göl olar. |
 | Dost yolunda boran olar, qar olar. |
 | Ehtiyat igidin yaraşığıdır. |
 | Elçiyə zaval yoxdur. |
 | Elm ağlın çırağıdır. |
 | Heç kəs öz ayranına turş deməz. |
 | Hər qaranlıq gecənin bir gündüzü var. |
 | İki qoçun başı bir qazanda qaynamaz. |
 | İslanmışın yağışdan nə qorxusu? |
 | İt hürər, karvan keçər. |
 | Qələm qılıncdan itidir. |
 | Qəm insanı şam kimi əridər. |
 | Qocanın biliyi, cavanın biləyi. |
 | Gec gələn qonaq öz kisəsindən yeyər. |
 | Gecə qara, cücə qara. |
 | Gülmə qonşuna, gələr başına. |
 | Pul qazanmaq asandır, xərcləmək çətin. |
 | Tez duranla tez evlənən uduzmaz. |
 | Təkrar biliyin anasıdır. |
 | Varın verən utanmaz. |
 | Yalanın ömrü az olar. |