Mətn 7. Tülkü və durna


Tülkü ilə durna dost olmuşdu. Bir gün tülkü durnanı qonaq çağırdı. Tülkü dovğa bişirmişdi. O, dovğanı boşqaba töküb durnanın qabağına qoydu. Durna dovğanı yeyə bilmədi. Onu tülkünün özü yedi.
O birisi gün durna tülkünü qonaq çağırdı. O, südlü aş bişirdi. Boğazı dar küpədə tülkünün qabağına qoydu. Tülkü xörəyi yeyə bilmədi. Aşın hamısını durna yedi.
Tülkü ac-acına geri qayıtdı. Həmin gündən onlar dostluğu pozdular.


Lüğət:
  • tülkü - лиса
  • durna - журавль
  • qonaq çağırmaq - пригласить домой
  • boşqab - тарелка
  • tökmək - наливать
  • dar - узкий
  • küpə - ваза
  • ac-acına - очень голодно
  • dostluğu pozmaq - переставать дружить
  • əvvəlcə - сначала
  • əbədi - навсегда

Tülkünün dostu kim idi?

Durna nə üçün dovğanı yeyə bilmədi?

Durna tülkü üçün nə bişirdi?

Mətnin əsas ideyası nədir?

Mətndə "geniş" sözünün ANTONİMİNİ tapın.

Mətndə "tox" sözünün ANTONİMİNİ tapın.

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Əvvəlcə durna tülkünü qonaq çağırır.
Dovğanın hamısını tülkü yeyir.
Tülkü südlü aşı yeyə bilmir.

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

Tülkü dovğanı küpəyə tökür.
Durna dovğanı yeyə bilmir.
Tülkü ilə durna əbədi dost qalırlar.




← 6. Kərpickəsən qoca       8. Ovçu və onun dostu →