Mətn 6. Kərpickəsən qoca


Keçmiş zamanlarda Şam şəhərində bir qoca kişi yaşayırdı. O, kərpic kəsir, bununla da gündəlik çörək pulu qazanırdı. Bir gün qoca yenə də kərpic kəsirdi. Bu zaman onun yanına cavan bir oğlan gəldi. Qocaya salam verib dedi:
- Ey qoca, nə üçün bu qədər zəhmət çəkirsən? Bu ağır iş qoca işi deyil. Özünə başqa bir iş tap. Hamı sənə bir tikə çörək verər.
Qoca dedi:
- Oğlum, əllərimi bu sənətə ona görə öyrətmişəm ki, heç kəsdən çörək pulu istəməyim. Öz əməyim ilə dolanım.
Bu sözləri eşidən oğlan çox utandı və qocadan üzr istədi.


Lüğət:
  • keçmiş zamanlarda - в старые времена
  • kərpic - кирпич
  • pul qazanmaq - зарабатывать
  • tikə - кусочек
  • sənət - профессия, занятие
  • öyrətmək - учить
  • əmək - труд
  • dolanmaq, yaşamaq - зарабатывать на жизнь
  • utanmaq - смущаться
  • üzr istəmək - извиняться
  • məsləhət görmək - советовать
  • peşman olmaq - сожалеть

Qoca çörək pulunu necə qazanırdı?

Oğlan qocaya nə üçün başqa işlə məşğul olmağı məsləhət gördü?

Qoca oğlanın məsləhəti ilə niyə görə razılaşmadı?

Mətnin əsas ideyası nədir?

Mətndə "asan" sözünün ANTONİMİNİ tapın.

Mətndə "zəhmət" sözünün SİNONİMİNİ tapın.

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Oğlan qocaya yaxınlaşanda qoca dincəlirdi.
Qocanın işi asan deyildi.
Qocanın sözləri oğlanı utandırdı.

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

Qoca oğlu ilə yaşayırdı.
Qoca zəhmət çəkmək istəmirdi.
Oğlan qocaya dediklərinə görə peşman oldu.

"Utanmaq" sözünün ANTONİMİ hansıdır?

məyus olmaq
fəxr etmək
pərt olmaq




← 5. İki dost       7. Tülkü və durna →