Mətn 5. İki dost


İki uşaq meşə ilə gedirdi. Birdən onların qarşısına bir ayı çıxdı. Uşaqlardan biri tez ağaca dırmaşdı. O birisi isə qaça bilmədi. Yerə uzandı və özünü ölülüyə vurdu. Ayı ona yaxınlaşdı. Sonra onu iylədi. Uşaq nəfəsini belə çəkmirdi. Ayı elə bildi ki, uşaq ölüb. Çıxıb getdi. Çünki ayı ölüyə toxunmur.
Ayı gedəndən sonra ağacdakı uşaq yerə endi. O, yoldaşından soruşdu:
- Ayı sənə nə dedi?
- O, mənə dedi ki, pis adamla dost olma. Bəd ayaqda dost dostunu qoyub qaçmaz.


Lüğət:
  • birdən - вдруг
  • dırmaşmaq - залезать
  • uzanmaq - лежать
  • yaxınlaşmaq - подходить
  • iyləmək - чувствовать запах
  • toxunmaq - трогать
  • enmək - спускаться
  • bəd ayaqda - в сложной ситуации
  • hesab etmək - считать
  • yoldaş - приятель

Dostlar ayını harada gördülər?

Onlar ayını gördükdə nə etdilər?

Ayı niyə yerdə uzanan uşağa toxunmadı?

Nə üçün bu iki uşağı dost hesab etmək olmaz?

Mətndə "düşmən" sözünün ANTONİMİ hansı sözdür?

Mətndə "qoxulamaq" sözünün SİNONİMİ hansı sözdür?

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Uşaqların hər ikisi ağaca dırmaşdı.
Ayı uşaqlardan birini gördü.
Ayı heç kimə toxunmadan çıxıb getdi.

Fikri tamamlayın: Məncə yaxşı dost ...

Şəkildəki uşaq nə edir?

İki dost - Два друга. Mətn və suallar Azerbaycan dilində



← 4. Ən böyük dövlət       6. Kərpickəsən qoca →