Mətn 4. Ən böyük dövlət


Bir gənc tez-tez yoxsulluğundan şikayət edirdi. Bir qoca ona deyir:
- Sən çox dövlətlisən, yoxsul deyilsən.
- Mən dövlətliyəm? Hanı mənim dövlətim?
- Sənin dövlətin gözlərindir. Gözlərini satarsan?
- Xeyr, mən gözlərimi satmaram.
- Onda əllərini sat. Mən sənə əvəzində nə qədər pul verərəm.
- Sənin nə pulunu, nə də qızılını istəmirəm. Əllərimi də satmıram.
- İndi görürsənmi sən nə qədər dövlətlisən? Deməli, dünyada ən böyük dövlət insanın sağlamlığıdır.


Lüğət:
  • şikayət etmək - жаловаться
  • dövlət - богатство
  • dövlətli - богатый
  • yoxsul - бедный
  • onda - тогда
  • deməli - значит
  • sağlamlıq - здоровье
  • düşünmək - думать
  • razı olmaq - быть довольным

Gənc nə üçün şikayət edir?

Qoca gəncdən nəyi ona satmağını istəyir?

Qoca niyə görə gəncin dövlətli olduğunu düşünür?

Mətnin əsas ideyası nədir?

Mətndə "varlı" sözünün SİNONİMİ hansı sözdür?

Mətndə "xəstəlik" sözünün ANTONİMİ hansı sözdür?

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Gənc həyatından razıdır.
Qoca gəncin gözlərini almaq istəyir.
Gənc gözlərini satmaq istəmir.

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

Gənc əllərini qocaya satmaq istəyir.
Qoca gəncin ayaqlarını almaq istəyir.
Qoca gəncin dövlətli olduğunu düşünür.

"Şikayət etmək" sözünün ANTONİMİ hansıdır?

narazı olmaq
razı olmaq
təəssüflənmək

"Tərifləmək" sözünün ANTONİMİ hansıdır?

tənqid etmək
sevindirmək
bəyənmək




← 3. Qarğa       5. İki dost →