Mətn 3. Qarğa


Molla Nəsrəddin bir gün evə qarğa gətirir. Arvadı soruşur:
- Ay kişi, bu qarğanı neyləyirsən?
Molla deyir:
- Alimlər deyirlər ki, qarğa üç yüz il yaşayır. Yoxlayacağam görüm doğru deyirlər, ya yalan?
Arvad soruşur:
- Ay kişi, sən üç yüz il yaşayacaqsan ki, onu yoxlayasan?
Molla:
- Bunu deyən alim məgər üç yüz il yaşayıb?


Lüğət:
  • gətirmək - принести
  • qarğa - ворона
  • ...neyləyirsən? - ...для чего тебе надо?
  • alim - учёный
  • yoxlamaq - проверять
  • məgər - разве
  • lağ etmək - издеваться
  • uzunömürlü - долгоживущий
  • şübhə etmək - сомневаться
  • tərifləmək - хвалить

Alimlər qarğalar haqqında nə deyirlər?

Molla nə üçün evə qarğa gətirir?

Mollanın arvadı nə üçün Mollaya lağ edir?

Mətndə "doğru" sözünün antonimi hansıdır?

məgər
yalan
alim

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Qarğalar uzunömürlüdür.
Molla evdə tək yaşayır.
Molla alimlərin fikrinə şübhə edir.

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

Molla evə heyvan gətirir.
Arvadı Mollanı tərifləyir.
Qarğalar insanlardan daha çox yaşayır.

"Yoxlamaq" sözünün sinonimi hansıdır?

tapmaq
baxmaq
sınamaq

"Tərifləmək" sözünün antonimi hansıdır?

tənqid etmək
sevindirmək
bəyənmək




← 2. Dil       4. Ən böyük dövlət →