Mətn 2. Dil


Bir adamın evinə qonaq gəlir. Atası oğluna pul verir, onu bazara göndərir:
- Oğul, elə bir şey al ki, ondan ən dadlı bir xörək bişirək.
Oğlan bazardan mal dili alır. Xörək çox dadlı olur və hamı onu bəyənir. Ata sevinir və deyir:
- Oğlum, indi isə acı bir şey al.
Oğlan yenə dil alıb gətirir. Atası soruşur:
- Nə üçün yenə də mal dili aldın?
Oğlan deyir:
- Ata, dünyada ən şirin şey də dildir, ən acı şey də. Şirin dil, şirin söz dostu sevindirir, acı dil isə ox kimi dəyir.


Lüğət:
  • qonaq gəlmək - приходить в гости
  • bazar - рынок
  • xörək - блюдо
  • bəyənmək - нравиться
  • şirin - сладкий
  • acı - горький
  • yenə də - снова
  • mal dili - говяжий язык
  • sevindirmək - сделать счастливым
  • ox kimi dəymək - ударить как стрела
  • yanlış - неправильно

Ata oğlunu haraya göndərir?

Oğul bazardan nə alır?

Ata niyə təəccüblənir?

Dünyada həm şirin, həm də acı olan şey nədir?

Mətnin əsas ideyası nədir?

Mətndə "yemək" (nə?) sözünün sinonimi hansıdır?

bazar
şey
xörək

Mətndə "acı" sözünün antonimi hansıdır?

dadlı
şirin
mal

Şəkildə nə təsvir edilib?

xörək
ox
pul
Ox

Mətnlə bağlı hansı fikir yanlışdır?

Ata oğlunu bazara iki dəfə göndərir.
Qonaqlar xörəyi bəyənmirlər.
Oğul bazardan yenə də mal dili alır.

"Sevinmək" sözünün antonimi hansıdır?

şad olmaq
kədərlənmək
bəyənmək




← 1. Alma ağacı       3. Qarğa →