Mətn 17. Bədbin gənc

Bir dəfə gəmi qəzası zamanı dalğalar gənci bir adanın sahilinə atır. O, bu qəzada sağ qalan yeganə insan idi. Gənc dayanmadan Tanrıya dua edirdi ki, ona kömək olsun, onu xilas etsin. Olduğu vəziyyətdən təngə gələn gənc dalğaların sahilə atdığı lövhələrdən özünə qayıq düzəldir, sonra isə qida toplamaq üçün meşəliyə üz tutur. O, geri qayıdarkən düzəltdiyi qayığın alışıb yandığını və tüstünün bütün səmanı bürüdüyünü görür. Ən pisi isə düzəltdiyi qayıqla bərabər onun bütün əşyaları da yanmışdı. Gənc artıq heçnəsiz kimsəsiz adada qalmışdı. Qəhərdən və hirsdən özünü itirən gənc ağlayaraq üsyan etməyə başlayır:
-Tanrı niyə mən? Niyə mənimlə belə etdin?
Üzüntüdən və ağlamaqdan əldən düşən gənc yorulub yuxuya gedir. Növbəti səhər onu gəminin səs siqnalı oyadır. Gəmi gənci xilas etmək üçün sahilə tərəf üzürdü.Təəccüb içində olan gənc nə edəcəyni bilmirdi.
-Siz məni necə tapdınız, haradan bildiniz ki, mən burdayam?- gənc maraqla dənizçilərdən soruşur.
-Biz uzaqdan adadan çıxan tüstünü gördük və düşündük ki, bu siqnaldı. Ona görə dərhal köməyə gəldik,- deyə dənizçilər cavab verirlər.



Lüğət:
  • bədbin - пессимистичный
  • yeganə - единственный
  • gənc - юноша
  • qəza - авария
  • sağ qalmaq - выживать
  • dua etmək - молиться
  • xilas etmək - спасать
  • təngə gəlmək - уставать
  • tüstü - дым
  • bürümək - покрывать
  • qəhər - злость
  • üsyan etmək - возмущаться
  • üzüntü - грусть
  • əldən düşmək - устать
  • dənizçi - моряк

Gəmi qəzasından neçə insan sağ qalır?

Gənc nə üçün Tanrıya üsyan edir?

Dənizçilər gənci necə xilas edirlər?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "bezmək" sözünün SİNONİMİNİ tapın.

Hekayədə "sevinc" sözünün ANTONİMİNİ tapın.

Hekayə ilə bağlı DOĞRU fikri seçin.

Gənc adaya düşdüyü üçün sevinir.
Gənc yemək tapmaq üçün meşəyə gedir.
Dənizçilər gəncin səs siqnalını eşidib onu xilas etməyə gəlirlər.

Hekayə ilə bağlı YANLIŞ fikri seçin.

Gənc özünə qayıq düzəldir.
Qayıq yansa da, gənc əşyalarını xilas edə bilir.
Gənc dənizçiləri gördükdə təəccüblənir.

"Yanmaq" sözünün SİNONİMLƏRİ hansı cərgədədir?

alovlanmaq, odlanmaq, sönmək
alışmaq, yanmaq, alovlanmaq
sönmək, tüstüləmək, alışmaq




← 16. Baba, ata və oğul       18. Müdrik qoca →