Mətn 16. Baba, ata və oğul

Uzaq dağ kəndlərinin birində çox kasıb bir ailə varmış. Baba, ata, ana və bir övladdan ibarət olan bu ailə dolanmaqda olduqca çətinlik çəkirdi.
Bir gün ata illərin verdiyi yorğunluqla bir küncdə oturmaqdan başqa bir işə yaramayan babanı həsir kisəsinə qoyaraq çaya doğru yola çıxır. Çayın kənarında isə yoldaşlarıyla oynayan uşaq atasından nə etdiyini soruşur.
Ata:
- Baban bizə yük olmaqdan başqa heç bir şey etmir. Ona görə onu bu kisə ilə birgə meşəyə atmağı qərara aldım,- deyir.
Uşaq isə atasına belə deyir:
- Ata, xahiş edirəm, kisəni atma. Çünki bir gün gələcək sən də qocalacaqsan, bax, onda o kisə mənə də lazım olacaq.


Lüğət:
  • övlad - сын/дочь
  • ibarət olmaq - состоять
  • dolanmaq - зарабатывать
  • çətinlik çəkmək - иметь трудности
  • künc - угол
  • kisə - мешок
  • yük - обуза
  • qərara almaq - принимать решение
  • qocalmaq - стареть

Uşaq atasına hansı sualı verir?

Ata nə üçün babanı meşəyə atmaq istəyir?

Kisə nə üçün oğula gələcəkdə lazım olacaq?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "yaxın" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "tullamaq" sözünün SİNONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Bu kasıb ailə dörd nəfərdən ibarətdir.
Ata babanı meşəyə atmaq qərarına gəlir.
Uşaq atasınına kömək etmək istəyir.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Hekayədə varlı bir ailədən söhbət gedir.
Uşaq atasını çay kənarında görür.
Ata babanı qutuda meşəyə aparır.

"Kasıb" sözünün SİNONİMLƏRİ hansı cərgədədir?

varlı, yoxsul, pullu
fəqir, yoxsul, pulsuz
fəqir, zəngin, pulsuz




← 15. Göyərçin və qarışqa       17. Bədbin gənc →