Mətn 12. Balaca uşaq

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur.
Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Bunu görən kişi uşağa dedi:
– Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi:
– Səhər güclü dalğalar onları quruya atıb. İndi dəniz sakitdir, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam, balıqlar öləcək.
Kişi qışqırdı:
– Axı bu axmaqlıqdır. Bir ətrafına bax! Burada milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
– Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra isə balaca balığı dənizə atdı.


Lüğət:
  • dəniz sahili - приморский
  • atmaq - бросить
  • səhərki - сегодняшний
  • dolu - полный
  • dalğa - волна
  • axmaqlıq - глупость
  • ətraf - вокруг
  • əziyyət - труд
  • dəyişmək - изменить
  • növbəti - следующий
  • hərəkət - поведение
  • qərara gəlmək - решать

Balaca uşaq dəniz sahilində nə edirdi?

Nə üçün sahildə çoxlu balıq var idi?

Kişi niyə görə uşağın hərəkətini axmaqlıq adlandırdı?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "yaxın" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "tutmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Balıqları sahilə insanlar atmışdı.
Balaca uşaq kişi ilə birlikdə sahildə gəzirdi.
Kişi uşağın hərəkətinə təəccübləndi.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Kişi uşağa kömək etmək qərarına gəlir.
Balıqları axşama qədər suya atmasalar, onlar öləcəklər.
Uşaq bütün balıqları dənizə ata biləcək.

"Dolu" sözünün SİNONİMİ hansı sözdür?

boş
zəngin
yarımçıq




← 11. Filin nağıllı       13. Çoxbilmiş →