Hacı Zeynalabdin Tağıyev

Tanınmış neft milyonçusu Hacı Zeynalabdin Tağıyev Bakıda kasıb bir ailədə doğulmuşdu. Atası Tağı kişi İçərişəhərdə çəkməçilik edirdi. 10 yaşında olarkən ailəsinin çox çətin dolandığını görən Zeynalabdin atasından xahiş etdi ki, onu bir işə qoysun. Atası Zeynalabdini bənna yanına palçıq daşımağa qoydu. O, gündə 6 qəpik əməkhaqqı alırdı. Zeynalabdin ilk qazancını gətirib atasına verəndə Tağı kişi çox sevinərək demişdi: “Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını gördüm”. Atasının bu münasibətindən ruhlanan Zeynalabdin daha səylə çalışdı. Palçıq daşıya-daşıya daşyonanların işinə diqqət edərək bu sənəti də öyrəndi.

O zaman Bakı dünyada neft şəhəri kimi məşhurlaşmışdı. Hətta uzaq ölkələrdən də insanlar gəlib burada torpaq sahəsi alır, neft çıxarmaq üçün quyu qazdırırdılar. Zeynalabdin də bir qədər pul toplayıb torpaq sahəsi aldı, neft quyusu qazdırdı. Bir gün quyudan neft fontan vurdu. Bundan sonra Zeynalabdin Tağıyev dövrünün tanınmış milyonçularından biri oldu.

Mənbə: “Həyat bilgisi” dərsliyi, 6-cı sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Zeynalabdin Tağıyev məşhur Azərbaycan neftçisidir.

doğru yanlış

2. Onu atası çəkməçiliklə məşğul olurdu.

doğru yanlış

3. Zeynalabdinin ilk əməkhaqqı 6 qəpik olmuşdur.

doğru yanlış

4. O zamanlar Bakı öz nefti ilə məşhur idi.

doğru yanlış

5. O bənnalıq sənəti ilə məşğul olaraq milyonçuya çevrildi.

doğru yanlış



← Çörək       Davranış qaydaları →