- откройте наш сайт через Яндекс-браузер;
- в компьютерной версии браузера нажмите на значок замкa слева от адресной строки;
- в мобильной версии нажмите на три точки ;
- в появившемся поле кликните по ссылке "Отзывы о сайте";
- напишите отзыв и нажмите кнопку "Сохранить".
❤️❤️❤️
Ulduz - Toyuq ferması
Videoya baxın və aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.
Транскрипт |
♫ | Ay mənim, cücələrim |
Ay mənim, cücələrim | |
Cip-cip cücələrim | |
Cip-cip-cip-cip cücələrim | |
Tükü ipək cücələrim ... |
Məhəmməd: Züleyxa, bəsdir. Daha biz ayrılaq.
Züleyxa: Bıy. Ayrılmayıb neyləyəcəyik? Kaş ki, kişilərin hamısı sənin kimi olaydı. Məhəmməd!
Məhəmməd: Can
Züleyxa: Deyirsən, yəni heç ömründə evlənməmisən?
Məhəmməd: Yox, anandan gəlmə dulam.
Züleyxa: Dulsan?
Nazik: Necə? Anandan gəlmə dulsan?
Məhəmməd: Əstəğfürullah. Mən nə pis yuxu görürəm.
Nazik: Yaxşı. Əlimdən qaçıb burada, bu toyuq hinində gizlənmək istəyirdin? Tutmaz! Düş qabağıma!
Züleyxa: Bu kimdir, ay Məhəmməd qardaş?
Məhəmməd: Bu mənim günahlarımdır. Qadın şəklinə düşüb məni qarabaqara dalımca gəzir.
Züleyxa: Bıy başıma xeyir.
Züleyxa: Mamed, demədim düş qabağıma? Yoxsa bu kolxozu yerlə yeksan eləyərəm.
Züleyxa: Az burax görüm. Ay Məhəmməd, gör nə toyuq kimi qaqqıldayır. Ay qız ey, sən bizim kolxozu yerlə yeksan etmək istəyirsən?
Nazik: Birinci səndən başlayacağam. Qırt toyuq!
Züleyxa: Ay Məhəmməd qardaş, bu kimdir? Ay qız ey, nə istəyirsən bu yazıq kişidən?
Nazik: O kişinin canın almaq istəyirəm. Çəkil o yana.
Züleyxa: Buyur.
Nazik: Mamed, pencəyi çıxart. Ayaqqabıları da ver. Tez ol, tez ol, ayaqqabıları çıxart.
Züleyxa: Ay camaat, ay camaat, burada adam soyurlar. Köməyə gəlin, ay camaat!
Nazik: Mən qanunla danışıram. Bax budur. Hara qoymuşam bu zəhrimarı? Haradadır? Hara qoymuşam? Dayan. Bax, hə, hə budur.
← Video 5. Yol əhvalatı - Tezik | Video 7. Alma almaya bənzər → |