- откройте наш сайт через Яндекс-браузер;
- в компьютерной версии браузера нажмите на значок замкa слева от адресной строки;
- в мобильной версии нажмите на три точки ;
- в появившемся поле кликните по ссылке "Отзывы о сайте";
- напишите отзыв и нажмите кнопку "Сохранить".
❤️❤️❤️
Yol əhvalatı - Tezik
Videoya baxın və aşağıdakı sualları cavablandırın:
Транскрипт |
Şikayətçi: Bilirsiniz, yoldaş Zeynalov? Gecəmiz yox, gündüzümüz yox. Axı belə olmaz axı. Bir dənə sınıq-salxaq Zaparoji evimin yanından keçəndə evimin divarları tir-tir əsir. Axı belə olmaz, yoldaş Zeynalov. Xahiş edirəm. Hələ mən utanıram sizə deməyə. Hələ utanıram, çoxusunu deyə bilmirəm. Dünən də yoldaşlardan kimsə arağı içib, boş butulkanı gətirib atıb mənim evimin damına. Evdə də lampoçka zamkaniya eləyib. Axı qaydası belə deyil.
Yoldaş Zeynalov: Otur görüm.
Şikayətçi: Hələ mən Teziki demirəm, yoldaş Zeynalov. Teziki. Teziki.
Yoldaş Zeynalov: Arvadındır?
Şikayətçi: Xeyr, canım. Nə arvadı?! İtdir. Tanış itdir. Qonşunun itidir.
Yoldaş Zeynalov: İt?
Şikayətçi: Bəli, it.
Yoldaş Zeynalov: Ə itin bu işə nə dəxli var?
Şikayətçi: Dəxli var. Dəxli var, yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmin o qonşunun iti divarın o tərəfində ayağını balaca qaldırıb ...
Yoldaş Zeynalov: Ə, ayağını sal aşağı. Ayıbdır.
Şikayətçi: ... o məsələni eləyəndə divarın bu tərəfində mənim evim nəm olur. Bəli, bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də allergiyadır. Xəstədir. Həmin iy burnuna dəyən kimi arvad səpir, bir təhər olur.
Yoldaş Zeynalov: Onda biz elə it üçün obşestvinniy bir tualet tikdirərik. Çexskiy unitaz zad qoyarıq, düzələr.
Şikayətçi: Yox, zəhmət çəkməyin. Unitaz zad lazım deyil. Xeyr, xeyr. Sizə deyən yoxdur ki, tualet tikin. Elə bircə mənim evimi təmir eləyin qurtarsın getsin.
Yoldaş Zeynalov: Təmir?
Şikayətçi: Bəli.
Yoldaş Zeynalov: Deyəsən, sən ağlını itirmisən axı? Mənə bax. Başına papaq qoyursan?
Şikayətçi: Bəli, qoyuram. Hərdən şlyapa da qoyuram. Başımın razmeri də 59-dur.
Yoldaş Zeynalov: 59 ... Başının razmerini demirəm. Deyirəm yəni bir qeyrətin var sənin? O papaqdan danışıram. Adə, bir küçə iti səni gic eləyib. Sən də gəlib düşmüsən JEK-in üstünə.
Şikayətçi: Yoldaş Zeynalov, bu nə söhbətdir? Xahiş edirəm, sözlərinizə diqqət yetirin. Mənim namusum da var, qeyrətim də var. Bəli, bəli, bəli.
Yoldaş Zeynalov: Namusum var, qeyrətim var.
Şikayətçi: İki dənə də institut qurtarmışam.
Yoldaş Zeynalov: Neyləyim? Gəl min boynuma. Saxla, ala. İki dənə institut bitirmişəm. İstəyirsən lap dördünü bitir. Fondumda pul yoxdur. Evini remont eləyə bilməyəcəyəm. Çıx bayıra. Get başını doktora göstər. “Tuzik belə gəldi.” Nə bilim “Tuzik belə getdi.”
Şikayətçi: Doktora niyə göstərirəm, yoldaş Zeynalov? Xahiş edirəm artıq dərəcədə. Heç olmasa evimin bir divarını, bir divarını təmir eləyin.
Yoldaş Zeynalov: Yoxdur.
Şikayətçi: Onda mən sizdən şikayət eləyəcəyəm.
Yoldaş Zeynalov: Get, hara istəyirsən, şikayət elə.
Şikayətçi: Vicdanım haqqı baxarsınız, şikayət eləyəcəyəm. Bax, mən edəcəyəm, görərsiz.
Yoldaş Zeynalov: Get, get. Onsuz da evini sökürlər. Bir-iki ilə sənə kvartira verəcəklər.
Şikayətçi: Ala, onu eşitmişəm, yoldaş Zeynalov. Çoxdan eşitmişəm, alacağam. Neyləyək, eybi yoxdur. Vaxtınızı almaq istəmirəm.
Yoldaş Zeynalov: Düzələr, düzələr.
Şikayətçi: Heç olmasa, xahiş edirəm, o Tezikə tez əncam eləyəsiniz, əncam eləyəsiniz.
Yoldaş Zeynalov: Eləyərik, eybi yoxdur. Çağıraram onu, oturub kabinetdə söhbət eləyərik. Darıxma.
Şikayətçi: Çox sağ olun. Kimi? İti çağırırsınız?
Yoldaş Zeynalov: Hə də. İti.
Şikayətçi: Teziki? İti?
Yoldaş Zeynalov: Nə it? Tezik itdir?
Şikayətçi: İtdir də ...
Yoldaş Zeynalov: Tezik ... Ala, məni sən lap gic eləmisən. Tezikin xozeyni ilə danışacağam. Yeri get də. Əşi, qoy işimizi görək də.
Şikayətçi: Çox sağ olun.
Yoldaş Zeynalov: Yaxşı, yaxşı. Yeri, yeri.
Şikayətçi: Minnətdaram. Amma ...
Yoldaş Zeynalov: Əşi yeri ...
Şikayətçi: Teziki, xahiş edirəm, yaddan çıxarmayasınız.
Yoldaş Zeynalov: Adə, yeri get də. Pay atonna. Sən öləsən. Bu lap e ... Tezik!
Şikayətçi: Bəli, yoldaş Zeynalov.
Yoldaş Zeynalov: Adə, səninlə deyiləm.
Şikayətçi: Mənimlə deyilsiniz, yoldaş Zeynalov?
Yoldaş Zeynalov: Adə, yeri get. Səninlə deyiləm. Kələntər!

← Video 4. Əhməd haradadır - Əhmədin qaçması | Video 6. Ulduz - Toyuq ferması → |