00:00 | |||
Şah İsmayıl Xətai Azərbaycan siyasi və mədəni tarixinin ən parlaq simalarından biridir. O, Azərbaycan Səfəvilər dövlətinin banisi, XVI əsrin məşhur sərkərdə və şairi olmuşdur. İsmayıl 1501-ci ildə 14 yaşı olarkən müstəqil Səfəvilər dövlətinin əsasını qoymuşdur. Hakimiyyəti illərində bir çox əraziləri fəth edərək dövlətin sərhədlərini genişləndirmişdir. Dövlətin tarixində 1514-ci ildə baş vermiş Çaldıran döyüşü mühim rol oynamışdır. Bu döyüş xarici qüvvələrin təhriki ilə Osmanlı İmpreriyasına qarşı aparılmışdır. Üç gün davam edən döyüşlərdə Osmanlı İmperiyası qələbə qazanmışdır. Bu məğlubiyyətdən sonra Şah İsmayıl heç bir ciddi hərbi səfər etməmişdir.
Şah İsmayılın haqqında xalq arasında yayılan əfsanədə onun qeyri-adi fiziki gücündən bəhs edilir. Əfsanəyə görə Çaldıran döyüşündən sonra Şah İsmayılın öz qılıncı ilə düşmən topunun lüləyini yarması xəbəri Osmalı sultanı Sultan Səlimə gedib çatır. Sultan Səlim Şah İsmayıla xəbər göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Onun xahişi yerinə yetirilir. Lakin Sultan Səlim həmin qılıncla topun lüləyini yarıb keçə bilmir. O, Şah İsmayılı həqiqi qılıncı göndərməməkdə günahlandırır. Bunu eşidən Şah İsmayıl “Qılınc həmin qılıncdır, əfsus, ki qol həmin qol olmayıb”, -deyir.
Şah İsmayıl Xətəi türk dilini rəsmi dil elan edən ilk dövlət başçısı olmuşdur. O, həmçinin ilk dəfə türk dilində heca vəznində şeir yazan şair olmuşdur. Bununla da ədəbiyyatda fars dili ikinci plana keçmişdir. Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlamışdır. O, əsərlərinin çoxunu Azərbaycan dilində, az bir qismini isə fars və ərəb dillərində yazmışdır. Onun “Dəhnamə” poeması ana dilində yazılan ilk epik əsərlərdəndir.
- Bani - основатель
- Əsasını qoymaq - основывать
- Sərhəd - граница
- Fəth etmək - побеждать
- Qələbə qazanmaq - выиграть
- Məğlubiyyət - поражение
- Qılınc - меч
- Günahlandırmaq - обвинять
- Yeniyetməlik - подросток
← "Sarı gəlin" xalq mahnısı | Qız qalası → |
Все комментарии: