00:00 | |||
Qız qalası Bakının ən möhtəşəm memarlıq abidələrindən biridir. Bu qala öz orijinal quruluşu ilə Şərqdə yeganə belə bir abidədir. Hündürlüyü 28 metr, daxili səkkiz mərtəbədən ibarət olan bu qala Xəzər dənizinin sahilində dənizə doğru uzanan nəhəng bir qayanın üzərində tikilmişdir. Qız qalasının inşası iki mərhələdə aparılmışdır. Onun aşağı hissəsi antik dövrdə, üst hissəsi isə XII əsrdə tikilmişdir. Qalanın daş kitabəsində Masud Davud oğlunun adının həkk olunması onu bu abidənin memarı hesab etməyə əsas verir. Qalanının müdafiə qurğusu, atəşpərəstlik məbədi, rəsədxana kimi məqsədlərlə tikilməsi ilə bağlı müxtəlif fərziyyələr var. XVIII-XIX əsrlərdə isə qaladan gözətçi məntəqəsi və mayak kimi istifadə olunmuşdur.
Xalq arasında abidənin niyə Qız qalası adlandırılması ilə bağlı müxtəlif əfsanələr yayılmışdır. Əfsanələrdən birini görə qardaşı, bəzi mənbələrdə isə hökmdar atası tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyir və özünü qaladan ataraq intihar edir. Həmin vaxtdan xalq qalanı Qız qalası adlandırmağa başlayır. Başqa bir əfsanəyə görə isə Bakı şəhəri Xünsar adlı bir hökmdar tərəfindən işğal olunur. Xünsar şəhərdə möhtəşəm bir saray inşa etdirir və arvadı Zummuriada ilə burada xoşbəxt ömür sürməyə başlayır. Lakin bir müddət sonra Zummuriada daha çox güc qazanaraq özünü ilahə elan edir və onun əmri ilə əzəmətli bir qala inşa olunur. Bundan sonra ilahə özünü uzun müddət ətraf-aləmdən təcrid edir və illər sonra abidə sanki bakirəlik simvolu kimi məşhurlaşır. Lakin adın etimologiyasına müraciət etdikdə onun “yenilməz”, “fəth edilməmiş” mənasını ifadə etməsi fərziyyəsi daha inandırıcı səslənir.
Qalada 1963-cü ildə aparılmış axeoloji qazıntılar zamanı su quyusu tapılmışdır. Quyudan gil qablar, saxsı, şüşə qab parçaları, balıq fiquru və s. aşkar edilmişdir. 1964-cü ildən Qız qalası muzey kimi fəaliyyət göstərməyə başlamışdır. Məşhur Azərbaycan drammaturqu Cəfər Cabbarlı Qız qalası əfsanəsi əsasında eyni adlı poema, bəstəkar Əfrasiyab Bədəlbəyli isə balet yazmışlar.
- Hündürlük - высота
- İnşa - строение
- Memar - архитектор
- Məbəd - храм
- İntahar etmək - покончить с собой
- İlahə - богиня
- Su quyusu - скважина
← Şah İsmayıl Xətai | Məmməd Əmin Rəsulzadə → |
Все комментарии:
Шакир
Крутой текст мне очень понравился