00:00 | |||
“Sarı gəlin” mahnısı bütün türk dünyasının ortaq mədəni abidəsidir. Onun etimalogiyası ilə bağlı müxtəlif versiyalar mövcuddur. Mahnının mənbəyini bəzən qıpçaq tayfalarına, bəzən X əsrə, bəzən Şah İsmayıl Xətai dövrünə, bəzən isə XVII əsrə aid edirlər. Bəzi tədqiqatıçılar söyləyirlər ki, “Sarı gəlin”in musiqi və sözləri XVI əsrin görkəmli Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətaiyə aiddir. Deyilənlərə görə Şah İsmayıl bu mahnını saray rəqqasələrindən birini vəsf edərək yazmışdır. Digər bir versiyaya görə isə bu mahnının tarixi İslamdan əvvələ gedib çıxır. Mahnının adındakı “sarı” sözü bir çox mənaları kəsb edə bilər. Bu söz simanın, saçın rənginə işarə edə bilər. Qədim türk mənbələrində isə bu söz “incə”, “zərif” anlamını verir.
Mahnının sözləri türk ədəbi üslubunda, yəni bayatı janrındadır. Melodiyası isə xalq yaradıcılığı nümunəsi olan aşıq sənətindən qaynaqlanmışdır. Mahnıda nakam bir eşq hekayəsindən bəhs edilir. Mahnının sözlərinə əsasən demək olar ki, bir türk gənc xristian qızına aşiq olur və bu sevginin mümkünsüzlüyündən şikayət edir:
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.
“Sarı gəlin” mahnısı ilk dəfə 1930-cu illərdə azərbaycanlı bəstəkar Asəf Zeynallı tərəfindən nota alınmışdır. Mahnını ilk dəfə 1977-ci ildə Azərbaycan estradasının istedadlı nümayəndələrindən biri olan Akif İslamzadə orkestr ilə birlikdə ifa etmiş və yazdırmışdır. Sonralar isə bu mahnı bir çox versiyalarda ifa olunmuşdur.
“Sarı gəlin” mahnısı Akif İslamzadənin ifasında:- Mövcud olmaq - существовать
- Tayfa - племя
- Şair - поэт
- Rəqqasə - танцовщица
- Anlam vermək - означать
- Mümkünsüzlük - невозможность
- Nümayəndə - член
- İfa etmək - исполнять
← Qobustan | Şah İsmayıl Xətai → |
Все комментарии: