00:00

Qobustan

Qobustan Bakı yaxınlığında yerləşən arxeoloji abidələr kompleksinin mühafizə olunduğu qoruqdur. Qobustan adının mənşəyi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bu fərziyyələrdən birinə görə Qubustan qobular və təpələr arasında əmələ gəlmiş yarğanlar və dərələr diyarıdır. Burada həmçinin muzey fəaliyyət göstərir. Qoruqda, əsasən, Mezolit dövrünə aid abidələr nümayiş etdirilir. Burada qədim insanların çəkdiyi qayaüstü rəsmlər, onların məişət həyatları ilə bağlı digər maddi mənbələr qorunur.

Qayaüstü rəsmlər – insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ən qədim insanların məişət həyatını öyrənməyə imkan verir. Yallı səhnələri qoruqdakı ən maraqlı rəsmlərdən hesab olunur. Qayaların üzərində rəsmlərdən başqa latın dilində yazılmış sözlər də aşkar edilmişdir. Eradan əvvəl I əsrə aid olan bu yazılar Roma qoşunlarının Bakı yaxınlığında olmasından bəhs edir.

Qayaüstü rəsmlərQayaüstü rəsmlər
Qayaüstü rəsmlər

Əsasən, açıq havada yaşayan qədim qobustanlılar şiddətli yağış yağdıqda, külək əsdikdə mağaralara, qayaaltı sığınacaqlara çəkilmişlər. Onların əsas fəaliyyəti sağ qalmaq üçün yemək əldə etmək olmuşdur. Bu məqsədlə onlar müxtəlif meyvə və bitkilər yığmış, heyvan ovlamışlar. Qobustanlılar böyük dəstələrlə ova gedərək heyvan sürülərini qova-qova qayalara qaldırır, onları uçuruma tərəf yönləndirirdilər. Hürkmüş heyvanlar təhlükədən xilas olmaq üçün özlərini qayalardan ataraq ovçulara yem olurdular. Qədim qobustanlıların digər əsas məşğuliyyəti daş alətlər hazırlamaq olmuşdur. Onlar çay və çaxmaq daşlarından bıçaq, ox ucluğu hazırlayırdılar. Onlar həmçinin daş və sümükdən bəzək əşyaları da düzəldirdilər.

Qobustanla bağlı digər maraqlı bir fakt burada “Qavaldaş” adlanan qədim musiqi qurğularının tapılmasıdır. Bu zərb musiqi qurğusu rəqs və mahnı mərasimlərinin təşkilində olduqca əhəmiyyətli idi. Bu gün də bu musiqi qurğuları Qobustanda saxlanılmaqda, öz quruluşu və qeyi-adi səsi ilə qoruğa gələnləri heyrətləndirməkdədir.

Qavaldaş
Qavaldaş


"Natiq" ritm qrupu - Qavaldaş ilə kompozisiya



Lüğət:
  • Abidə - памятник
  • Qoruq - заповедник
  • Nümayiş etdirmək - экспонировать
  • Mağara - пещера
  • Sığınacaq - приют
  • Ovlamaq - охотиться
  • Məşğuliyyət - действие
  • Sümük - кость
  • Heyrətləndirmək - удивлять

← Azərbaycan milli musiqi alətləri       "Sarı gəlin" xalq mahnısı →




Все комментарии: