00:00

Molla Nəsrəddin

Anadoludan Çinə qədər uzanan böyük bir ərazidə məşhur olan Molla Nəsrəddin xalq tərəfindən sevilən türk mənşəli lətifə qəhrəmanıdır. Bu qəhrəman türkdilli ədəbiyyatda Xoca Nəsrəddin, Nəsrəddin Xoca, Əfəndi kimi müxtəlif adlarla təqdim edilir. Türkiyədə hələ qədim dövrlərdə elm adamlarına hörmət əlaməti olaraq Xoca deyərək müraciət edirdilər. Bu isə onun təhsilli bir şəxs olduğuna işarə edir.

Bir sıra araşdırmaçılar Molla Nəsrəddini əfsanəvi qəhrəman hesab etsə də, digərləri onu real şəxs kimi qələmə verir. Onun bir çox lətifələri özbək hökmdarı Əmir Teymur və monqol hökmdarları ilə bağlıdır. Bu da Molla Nəsrəddinin XIII-XV əsrlərdə yaşadığı ehtimalını irəli sürür. Bəzi tədqiqatçılara görə isə Molla Nəsrəddin XIII əsrin görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin prototipidir. Lakin bu fərziyyə hələ də tam olaraq əsaslandırılmamışdır. Mənbələrdə Molla Nəsrəddinin Konya sultanlığının Ağşəhər quberniyasında doğulduğu və müəyyən dövrdə ruhani vəzifəsini yerinə yetirdiyi göstərilir.

Lətifələrdə Molla Nəsrəddin öz ağlı, hazırcavablığı ilə hökmdarları, digər dövlət adamlarını kölgədə qoyur. O, xalqın ideal qəhrəmanı kimi təqdim olunur. Molla Nəsrəddin bir çox rəsmlərdə uzunqulaq ilə birlikdə təsvir edilir. Onun bir sıra lətifələri məhz bu uzunqulaqla bağlıdır. Bəzi tarixi mənbələrdə onun həqiqətən də Bozoğlan adlı sevimli uzunqulağının olduğu qeyd edilir. Lətifələrdə uzunqulaq qanmaz insanların başa salınması anlamını verir.

Molla Nəsrəddin uzunqulağı ilə
Molla Nəsrəddin uzunqulağı ilə

İnsanları güldərən hər bir Molla Nəsrəddin lətifəsində dərin bir məntiq və məna var. Onun lətifələri, işlətdiyi sözlər bütün türk dünyasında dillər əzbəridir. “Sən çaldın”, “Qələt yağ küpəsindədir”, “Dava yorğan davasıdır”, “O vaxta ya şah ölər, ya eşşək” kimi məsəllər Molla Nəsrəddin lətifələrindən götürülmüş və hələ də geniş şəkildə istifadə olunmaqdadır.


Lüğət:
  • Lətifə - анекдот
  • Təhsilli - образованный
  • Araşdırmaçı/tədqiqatçı - исследователь
  • Əfsanəvi - легендарный
  • Hökmdar - король
  • Fərziyyə - предположение
  • Uzunqulaq - осёл
  • Məsəl - поговорка

← Nizami Gəncəvi       Plov →




Все комментарии:

🥰

Сабир
Спасибо за труд! :)
A.R.M.Y
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥ Nznzm
Mznsn