00:00 | |||
Məmməd Əmin Rəsulzadə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banilirənidən biri olmuşdur. Azərbaycan xalqına ilk dəfə müstəqil yaşamaq və dövlət idarəçilik ənənəsini məhz o öyrətmişdir. M.Ə.Rəsulzadə siyasi çəkili yazıları ilə tanınmağa başlayır. Lakin siyasi fəaliyyətinə görə 24 yaşında vətənini tərk edərək İrana yola düşür. O, Təbrizdə xalq qəhrəmanı Səttərxanla və onun silahdaşları ilə görüşür. Daha sonra isə Türkiyəyə gedərək Əlibəy Hüseynoğlu, Əhmədbəy Ağayev kimi görkəmli azərbaycanlılar ilə görüşür. Hökümət mühacirləri bağışladıqdan sonra o, Azərbaycana qayıdır və siyasi fəaliyyətinə davam edir. 1918-ci ilin mayın 28-də Fətəli Xan Xoyski ilə birlikdə Azərbaycan Demokratik Respublikasını qurur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süquta uğrayır.
Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. O, Azərbaycan Parlamentində çıxışlar edərək universitetin açılmasını tələb etmişdir. Onun səyləri nəticəsində Parlamentin 1 sentyabr 1919-cu il qərarı ilə Bakı Dövlət Universitetinin təsis edilmişdir. Universitet ilk tədris ilində tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başlamışdır. O, universitetin tarix-filologiya fakültəsində “Osmanlı adəbiyyatı tarixi”ndən dərs demişdir.
Məmməd Əmin Rəsulzadənin Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə tanışlığı olmuşdur. Onun “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsinə əsasən fəhlələri tətilə dəvət etdiyi üçün varlılar Stalini neft quyusuna atmaq istəyərkən Rəsulzadə onu ölümdən xilas etmişdir. O, həmçinin Stalinin Bayıl həbsxanasından qaçırılmasının təşkilatçılarından olmuşdur. 1920-ci ildə Oktaybr inqilabının ildönümü ilə bağlı Bakıda olan Stalin M.Ə.Rəsulzadənin həbsdə olduğunu öyrənmiş və onu azad etdirmişdir.
M.Ə.Rəsulzadə Azərbaycana saysız xidmətlər göstərmiş və onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi Azərbaycan xalqının şüarına çevrilmişdir. Ömrünün son illərini Türkiyədə keçirən dövlət xadimi vəfat edərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini demişdir. Hər il Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarix – 28 May Azərbaycanda Respublika günü kimi qeyd edilir.
- Tərk etmək - уходить
- Mühacir - эмигрант, иммигрант
- Süquta uğramaq - распасться
- İnqilab - революция
- Xilas etmək - спасать
- Təşkilatçı - организатор
- Tələb etmək - требовать
- Şüar - девиз
← Qız qalası | Azərbaycan muğamı → |
Все комментарии: