00:00

Azərbaycan muğamı

Muğam xalq yaradıcılığı musiqisinin əsas janrlarından biri olub şərq xalqlarının musiqi mədəniyyətində mühim rola malikdir. Qədim tarixə malik olan muğamın köklərini alimlər zərdüştlüklə bağlayırlar. Mənbələrdə muğam sözünün ərəb dilindəki “məqam” sözündən götürüldüyü və simli alətlərdəki pərdə mənasını verdiyi qeyd olunur. Bəzən isə bu sözün mənası Allah tərəfindən göndərilən musiqi kimi izah olunur. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Orta əsrlərdə şərq musiqisində 12 klassik muğam olmuşdur. Muğamların adları rəqəmlər (“Segah” – üçüncü), ölkələr və şəhərlər (“Hicaz”, “Bayatı-Şiraz”, “Əraq”), tarixi şəxsiyyətlər və ifaçılar (“Mənsuriyyə”, “Şah Xətai”), qəbilə və tayfalar (“Bayatı-Kürd”, “Əfşari”) ilə bağlı olmuşdur.

Azərbaycan musiqisində 7 əsas və 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun"dur. Azərbaycanda muğam adətən muğam üçlüyünün - tar, kaman, qavalın müşayəti ilə xanəndə tərəfindən ifa olunur. Azərbaycanın bir sıra görkəmli xanəndələri olmuşdur. Qədim dövrlərdən Səttar, Hacı Hüsü, XX əsrdən Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Rübabə Muradova, İslam Rzayev, Arif Babayev kimi muğam ustalarının adılarını çəkmək olar.

“Bayatı-Şiraz” muğamı Tacir Şahmalıoğlunun ifasında:

Azərbaycan muğam sənətinə öz töhfələrini vermişdir. Muğam operası adlanan orijinal opera janrının əsası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə qoyulmuşdur. Azərbaycanda simfonik muğam janrı isə 1948-ci ildə Fikrət Əmirov tərəfindən yaradılmışdır.

Hal-hazırda istedadlı muğam ustaları Azərbaycan muğamını ölkə sərhədlərindən kənarda təbliğ edirlər. Muğam sənətinin ən parlaq nümayəndələrindən biri olan Alim Qasımovun Azərbaycan muğamının dünyada tanınmasında böyük rolu vardır. Fərqli ifa tərzinə malik olan xanəndə bir çox ölkələrdə konsertlər vermiş, dünyaca məşhur musiqiçilər ilə duetlər ifa etmişdir.

Alim Qasımov və David Vendetta vs. Tara McDonald - I'm Your Goddess


Qarabağ şikəstəsi


Lüğət:
  • Mədəniyyət - культура
  • Müalicə etmək - лечить
  • Töhfə vermək - делать вклад
  • Sərhəd - граница
  • Təbliğ etmək - популяризировать
  • Tərz - стиль

← Məmməd Əmin Rəsulzadə       Üzeyir Hacıbəyov →




Все комментарии:
Djeyxun
Salam