00:00

Azərbaycan milli musiqi alətləri

Azərbaycan musiqi alətləri zənginliyi ilə seçilir. Azərbaycanda musiqi alətlərinin ən qədimi Qobustanda qaval çalan daş hesab olunur. Musiqi alətləri haqqında məlumatlar Azərbaycan klassiklərinin əsərlərində, xalq dastanlarında cəmləşmişdir. Orta əsrlərdə Azərbaycanda simli-mizrablı musiqi alətləri geniş yayılmışdır. Musiqi alətlərinə aid məlumatlara Kitabi-Dədə Qorqud dastanında rast gəlmək mümkündür. Dastanda qopuz, zurna, nağara kimi musiqi alətlərin adları çəkilmişdir. Tar, kamança, qopuz, tütək, balaban, zurna, qaval kimi musiqi alətləri qədimdə yaranmasına baxmayaraq hal-hazırda geniş istifadə olunur.

Tar mizrabla çalınan musiqi alətidir. Tar milli musiqimizin ən ifadəli alətlərindəndir. Muğamların ifasında tar əhəmiyyətli rol oynayır.

Tar
Tar

Muğamlarımız ifası zamanı trioya daxil olan digər musiqi aləti kamançadır. İncə, melodik səsə malik olan kamançanın tarixi çox qədimdir.

Kamança
Kamança

Bir çox rayonlarda dəf adı ilə tanınan qaval ən qədim musiqi alətlərindəndir. Muğamların ifasında əhəmiyyətli rol oynayan qaval xanəndə tərəfindən ifa edilir.

Qaval
Qaval

Cingiltili səsə malik olan saz Azərbaycan aşıq sənətinin ayrılmaz hissəsidir. Sazın əsl ifaçıları aşıqlardır. Aşıqlar bu alətin müşayiəti ilə oxuyub oynayırlar.

Saz
Saz

Balaban və zurna nəfəsli musiqi alətləridir. Balaban həzin tembrə malikdir. Zurna isə öz güclü, zil səsi ilə fərqlənir. Ondan toy şənliklərində, yallı zamanı, güləş yarışlarında müşayiətçi alət kimi istifadə edirlər.

Balaban
Balaban
Zurna
Zurna

Nağara və qoşanağara aydın, güclü səsə malikdir. Bu alətlər iki çubuqla və ya əllə çalınır.

Nağara
Nağara
Qoşanağara
Qoşanağara


"Laçın" Azərbaycan xalq mahnısı
İfa edirlər: ANNA RF və İmamyar Həsənov


Lüğət:
  • Cəmləşmək - объединяться
  • Rast gəlmək - случайно встретиться
  • Əhəmiyyətli - важно
  • İncə - нежный
  • İfa etmək - исполнять
  • Müşayiət etmək - аккомпанировать
  • Çubuq - палка

← Araxçın       Qobustan →




Все комментарии:

Очень хорошие инструменты. Спасибо.