00:00 | |||
Araxçın, digər adı ilə tübətəy Azərbaycan da daxil olmaqla bir sıra türk dövlətlərində yayılmış milli baş geyimidir. Azərbaycanda araxçın XVIII əsrdə ən geniş yayılmış baş geyimlərindən biri olmuşdur. Bu baş geyimi həm kişilər, həm də qadınlar tərəfindən geyinilərdi. Qədimdə, əsasən, əlavə baş geyimi olan araxçını dəyirmi formada bir rəng parçadan hazırlayar və papaq, çalma kimi baş geyimlərinin altından geyinərdilər. Sonralar araxçınlar milli ornamentlərlə bəzədilərək bayramlarda geyinilməyə başlandı. Onun bəzəldilməsi üçün qızıl saplardan və pullardan, muncuqlardan istifadə olunurdu. Adətə görə nişanlı xanımlar nişanlıları üçün öz əlləri ilə araxçın bəzəyərdilər.
Azərbaycanda araxçınlar rəngləri, formaları və ornamentlərinə görə bölgələr üzrə dəyişir. Bir zamanlar Lənkəranda yaşıl və onun çalarlarına, Naxçıvanda qəhvəyi, Qarabağda qırmızı, Şamaxıda tünd göy və qəhvəyi rənglərə üstünlük verərdilər. Rayonların heç də hamısında qadınlar araxçın geyinməyiblər. Naxçıvanda araxçın ancaq qızların baş geyimi olub. Qadınlar isə araxçına bənzər digər bir baş geyimindən istifadə edərdilər. Bəzən qadınlar baş örtüklərinin altından araxçın qoyardılar, bəzən isə onu tək geyinərdilər.
Zaman keçdikcə müassirləşərək bu günümüzə qədər gəlib çıxan araxçın müxtəlif modelyerlər tərəfindən işlənib yeni formalarda hazırlanır. Tirmə və ipək parçalı, üzəri güləbətin tikməli araxçınlar daha geniş yayılmışdır.
- Geniş yayılmış - широко распространённый
- Dəyirmi - круглый
- Sap - нить
- Muncuq - бусина
- Çalaq - оттенок
- Üstünlük vermək - предпочитать
- Bənzər - подобный
← Plov | Azərbaycan milli musiqi alətləri → |
Все комментарии: