Fərid: Sabahınız xeyir! | Фарид: Доброе утро! |
Operator: Salam! Sizə necə kömək edə bilərəm? | Оператор: Здравствуйте! Чем могу Вам помочь? |
Fərid: Mənə 5 ədəd markalı zərf lazımdır. | Фарид: Мне нужно 5 конвертов с марками. |
Operator: Yaxşı. Buyurun, götürün. 1 manat ödəyəcəksiniz. | Оператор: Хорошо. Вот, возьмите. С Вас 1 манат. |
Fərid: Sağ olun. Bir də bu məktubla sənədləri Rusiyaya göndərmək istərdim. | Фарид: Спасибо. Ещё я хотел бы послать в Россию вот это письмо с документами. |
Operator: Siz adi yoxsa sifarişli məktub göndərmək istəyirsiniz? | Оператор: Вы хотите отправить письмо простое или заказное? |
Fərid: Sifarişli. Məktubun Rusiyaya çatması nə qədər vaxt alacaq? | Фарид: Заказное. И сколько времени займет доставка письма в Россию? |
Operator: Adətən təxminən 7 günə çatır. Belə, siz gərək bu blankı doldurasınız. Ödəyəcəyiniz ümumi məbləğ 14 manatdır. | Оператор: Ну, как правило, на это уходит около 7 дней. Итак, вам нужно заполнить этот бланк. И ваш общий счёт составит 14 манатов. |
Fərid: Pulu götürün, zəhmət olmasa. | Фарид: Возьмите деньги, пожалуйста. |
Operator: Buyurun, qəbz. Başqa nəsə lazımdır? | Оператор: Вот квитанция. Желаете что-нибудь ещё? |
Fərid: Xaricə bağlamanı haradan göndərə bilərəm? | Фарид: Где я могу отправить посылку за границу? |
Operator: "Bağlamalar" yazılan növbəti pəncərədəki operatora yaxınlaşın. | Оператор: Пройдите к оператору в следующем окне с табличкой «Посылки». |
Fərid: Çox sağ olun. | Фарид: Большое спасибо. |
Operator: Buyurun. | Оператор: Пожалуйста. |