Jestlərlə ünsiyyət

İnsanın bir-biri ilə ünsiyyət qurması üçün söz ən dəqiq vasitədir. Ancaq bu, yeganə vasitə deyil. Müxtəlif məlumatın çatdırılması üçün bizim jest dili adlandırdığımız başqa danışıq forması da var: gözvurma, əl və ya başın hərəkəti, kürəyə əllə vurma, öpüş, üzün ifadəsi və s.

Biz hamımız jest dilini istifadə edir və başa düşürük. Ona görə də deyirlər ki, “bir jest (işarə) min sözü əvəz edir”. Əsl jest dili ekspertləri – mimika ustaları da var. Onlar hər şeyi sözsüz izah etməyi bacarır və biz onları başa düşə bilirik.

Səssiz danışmaq olarmı? Əlbəttə, axı eşitmə və danışma qüsurlu insanlar məhz jestlərin köməyi və dodaqların hərəkətini oxumaqla ünsiyyət qururlar. Jestlər eşitmə və danışma qüsurlu insanların öyrədilməsinin əsas üsuludur. 1760-cı ildə hər bir hərfin əl ilə göstərilməsi mümkün olan mimika üsulu yaradıldı. Bu daktilologik əlifbadır.

Mənbə: Uşaq bilik portalı

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. İnsanların bir-biri ilə ünsiyyət qurmasının ən yaxşı üsulu jestlərdir.

doğru yanlış

2. Bütün insanlar jest dilindən istifadə edir.

doğru yanlış

3. Mimika ustaları jestlərdən professional şəkildə istifadə etməyi bacaran şəxslərdir.

doğru yanlış

4. Danışma və eşitmə qüsurlu insanların öyrədilməsində jest dili ikinci dərəcəli üsuldur.

doğru yanlış

5. Daktilologik əlifbada hərflər əl işarələri vasitəsilə göstərilir.

doğru yanlış



← Peşələr