Avtomobillərin ətraf-mühitə təsiri

1886-cı ildə Karl Benz özünün ilk benzin mühərriki ilə işləyən avtomobilini patentlədikdən bəri dünyada avtomobillərin sayı durmadan artır. Avtomobilin nəqliyyat vasitəsi kimi populyar olması ətraf mühit üçün ciddi fəsadlara səbəb olur. Bir tərəfdən, avtomobillərin hərəkət etməsi üçün müəyyən yer-küçələr, şose yolları tələb olunur. Bu yolların tikintisi mənzərəni dəyişir, məsələn, dağlar yolların və tunellərin tikilişi zamanı öz ilkin görünüşünü nəzərə çarpan dərəcədə dəyişir. Digər tərəfdən, daxiliyanma mühərriklərinin köməyi ilə hərəkətə gətirilən avtomobillər havaya zəhərli qazlar buraxır. Bu çox ciddi bir problemdir, xüsusilə də böyük, şəhərlərdə nəzərə almaq lazımdır ki, küçələrdə hərəkət edən avtomobillərin sayı artır. Ona görə də ətraf mühiti az çirkləndirən avtomobillərin yaradılması avtomobil sənayesinin yeni məqsədidir. Bunlar, daha az zərərli yanacaqla işləyən ekoloji avtomobillərdir.

Minik avtomobillərindən başqa, insanın tələbatının ödənilməsi üçün, xüsusi funksiyaları yerinə yetirən digər avtomobillər də var. Yük maşınları, əsasən, yüklərin daşınması üçün istifadə edilir, çünki onlar istənilən yükü daşıya bilirlər: məhsulları bazara, benzini yanacaqdoldurma stansiyası və texniki xidmət stansiyalarına və s. Maşınlar həmçinin müəyyən işi yerinə yetirə bilər: qaldırıcı kranı olan yük maşınları, yanğınsöndürmə maşınları və s. Traktorlar kənd təsərrüfatında, meşə təsərrüfatında və sənayedə istifadə edilir. Avtobusdan sərnişinlərin daşınması üçün istifadə edilir.

Mənbə: Uşaq bilik portalı

Mətnə əsasən sualları cavablandırın.

1. Benzin mühərriki ilə işləyən ilk avtomobilin patent alması avtomobil istehsalına necə təsir etdi?

Avtomobil istehsalının sayı artdı.
Avtomobillərə maraq azaldı.
Avtomobil istehsalında tənəzzül dövrü başladı.

2. Avtomobillərdən istifadə hansı problemlərə səbəb olur?

Avtomobillərin məşhurlaşmasına
Zərərli qazların havaya buraxılmasına
Benzin mühərriki ilə işləyən avtomobillərin sayının artmasına

3. Ekoloji avtomobillər digərlərindən nə ilə fərqlənirlər?

Onları ancaq böyük şəhərlərdə sürmək mümkündür.
Onlar avtomobil sənayesi tərəfindən qəbul edilmirlər.
Onlar mühitə nisbətən az zərərli qazlar buraxırlar.

4. Aşağıdakılardan hansını yük maşınları yerinə yetirmir?

Məhsulların daşınmasını
Sərnişinlərin daşınması
Benzinin daşınmasını

5. Traktorlar hansı sahədə istifadə olunmur?

Texniki xidmət sahəsində
Kənd təsərrüfatında
Sənayedə




← Hava və su