- откройте наш сайт через Яндекс-браузер;
- в компьютерной версии браузера нажмите на значок замкa слева от адресной строки;
- в мобильной версии нажмите на три точки ;
- в появившемся поле кликните по ссылке "Отзывы о сайте";
- напишите отзыв и нажмите кнопку "Сохранить".
❤️❤️❤️
Bəyin oğurlanması - Elçilik
Videoya baxın və aşağıdakı sualları cavablandırın:
Транскрипт |
Əsəd müəllim: Siz bilirsiniz ki, sizin bu tərsliyiniz gələcəyin xoşbəxt bir ailəsinin gələcək xoşbəxtliyini elə beşikdəcə boğa bilər?
İsrafil: Xeyr. Çünki gələcəyin siz deyən o xoşbəxt ailəsi gələcəyin başqa bir xoşbəxt ailəsini dağıda bilər.
Mustafa: Siz bununla nə demək istəyirsiniz?
İsrafil: Onlar ikisi də cavandır hələ. Həsən başqasını sevə bilər, Yasəmən də onun kimi. Xoş getdiniz. Yemirəm. Aç pərdəni. Ürəyim sıxıldı. Aç.
Mustafa: Mən bilmirəm başqa ailənin bura nə dəxli? O, bunu sevir, bu da onu. İndi o bunu ...
Tağı: Əşi, ikisi də bir-birini sevir.
Mustafa: Hə də.
Əsəd müəllim: Onsuz da qız köçəri quşdur.
Mustafa: Qız ağacı qoz ağacı.
Tağı: Qız yükü duz yükü.
Əsəd müəllim: Bir qız bir oğlanındır.
Mustafa: Qız qızıla dönüb yox xəbəri oğlanların. Qızların
İsrafil: Bibixanım, sən get işində ol. Bilirsiniz nə var? Sözün qısası. Olmaz e, mən onun anasını sevirəm.
Tağı: Kimin?
İsrafil: Həsənin. Hələ orta məktəbdə oxuyanda əhd eləmişdik ki, evlənək.
Əsəd müəllim: Bəs niyə evlənmədiniz?
İsrafil: Atası qoydu ki?! Çox tərs adam idi.
Əsəd müəllim: Bəs bu?
İsrafil: Uşaqların anası idi. Rəhmətlik ...
Mustafa: Allah rəhmət eləsin.
İsrafil: Sağ olun. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Amma indi belə çıxır ki, mən bu qızı ondan ötrü böyütmüşəm, yolumda çəpər olsun. Bəyəm bizim sevməyə ixtiyarımız yoxdur? Hə?
Tağı: Bu tərsin biridir. Bunu yola gətirmək çətin olacaq.
Mustafa: Əsəd müəllim, deyirəm, bəlkə öz ssenarimizlə çəkək?
Əsəd müəllim: Öz ssenarimiz ssenaridir ki?
Mustafa: Bəs əvvəldən oxumamışdınız? Götürməyəydiniz də. Gör nə qədər pul xərcləmişik.
Əsəd müəllim: Ziyanın yarısından qayıtmaq da böyük işdir.
Tağı: Bunu əvvəlcədən fikirləşərdin də.
Əsəd müəllim: İndi belə çıxır ki, onun atası tərslik edib sizi nakam qoyduğu üçün siz də tərslik eləyirsiniz ki, onlar bir birilərinə həsrət qalsınlar.
Mustafa: Bəlkə yenə keçək atalar sözünə?
Əsəd müəllim: Hə, düzdür. Xeyir-dua ver cavanlara. Ana qızına taxt, ata qızına baxt verər.
Mustafa: Od qalar köz olar
Tağı: Qız qalar söz olar.
Əsəd müəllim: Qızı verərsən, özünə oğul qazanarsan.
Mustafa: Qırağına bax bezini al, atasına bax qızına al.
Tağı: Qız qızıl alma, qızı gözdən salma.
Əsəd müəllim: Hə, nə deyirsən?
← Video 2. Qaynana | Video 4. Əhməd haradadır - Əhmədin qaçması → |