Azərbaycan Milli Xalça Muzeyi

Xalçaçılıq sənəti Azərbaycanda qədim bir tarixə malikdir. Ölkəmizin tarixi əhəmiyyətli İpək Yolunun üzərində yerləşməsi bir çox sahələr kimi xalçaçılığın da inkişafında mühüm rol oynamışdır. Zamanla Bakı, Şəki, Quba, Qarabağ, Şirvan, Qazax və digər regionlarda xalçaçılıq məktəbləri formalaşmışdır. Bu məktəblər bir-birindən ornamentlərinə, rəng harmoniyasına, motivlərinə görə fərqlənirlər. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində qiymətli eksponatlar kimi qorunur.

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan xalça sənətini təbliğ etmək məqsədilə yaradılmış ən önəmli muzeylərdən biridir. Muzey 1967-ci ildə SSR-in sərəncamı ilə yaradılmış və dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyi olmuşdur. Muzeyin yaradılması üçün təşəbbüskarlıq görkəmli Azərbaycan alimi və xalçaçısı Lətif Kərimov tərəfindən göstərilmişdir. Yarandığı dövrdən muzey müxtəlif məkanlarda fəaliyyət göstərmişdir. 2014-cü ildə muzeyin Dənizkənarı Milli Parkda avstriyalı memar Frans Yantsın tərəfindən layihələşdirilən müasir binası tikilmişdir. Özünəməxsus üslubda inşa edilən muzey bükülmüş xalçanı xatırladır.

Azərbaycan Milli Xalça Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi

Muzeydə qeyd edilən məktəblərə məxsus xalça və xalça məmulatları, zərgərlik əşyaları, müxtəlif materiallardan məmulatlar, kitablar, fotoşəkillər, geyim və tikmə nümunələri daxil olmaqla yeddi kolleksiya nümayiş etdirilir. Ümumilikdə muzeydə 10139 ədəd eksponat saxlanılmaqdadır. Bundan əlavə muzeydə vaxtaşırı sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirilir.

EksponatlarEksponatlar
Eksponatlar

Azərbaycan Milli Xalça Muzeyi 2010-cu ildə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir. Tarixi əhəmiyyətinə və müasir memarlıq quruluşuna görə muzey yerli və xarici qonaqlar üçün əhəmiyyətli turistik bir məkandır.


Lüğət:
  • Xalça - ковёр
  • Milli - национальный
  • İpək yolu - Шелковый путь
  • Təşəbbüskarlıq - инициатива
  • Özünəməxsus - уникальный

← Novruz bayramı       




Все комментарии: