İvan və Azərbaycan dili

Mənim adım İvandır. Mən Rusiyadanam. Rusiya gözəl bir ölkədir. Mən hal-hazırda Azərbaycanda zavodda işləyirəm. Mühəndisəm. Mən Azərbaycan dilini öyrənmək üçün kursa gedirəm. Bizim qrupda 10 tələbə var. Qrupumuzda oxuyan tələbələr müxtəlif ölkələrdəndilər: Fransa, İspaniya, Nigeriya və Yaponiyadan.

Mənim dostum Akio Yaponiyadandır. O, Azərbaycan dilini artıq yaxşı bilir. O, iki ildir ki, neft şirkətində işləyir. Müəllimimizin adı Emildir. O mədəni və bilikli müəllimdir. Emil müəllim bizə Azərbaycan dilində oxumağı, yazmağı və danışmağı öyrədir. Biz dərslərdə həvəslə iştirak edirik. Bir-birimizlə azərbaycanca danışmağa çalışırıq.


Mətnə əsasən sualları cavablandırın.

1. İvan indi harada yaşayır?

Azərbaycanda
Rusiyada
Yaponiyada

2. O nə üçün kursa gedir?

Azərbaycan dilini öyrənmək üçün
Mühəndis olmaq üçün
Tələbələrlə işlədiyi üçün

3. Akio Azərbaycan dilini necə bilir?

Zəif
Orta
Yaxşı

4. İvan Emil müəllim haqqında nə düşünür?

Müəllim şəndir.
Müəllim savadlıdır.
Müəllim kobuddur.

5. Onlar dərsdə nə edirlər?

Azərbaycanca yazır və oxuyurlar.
Müxtəlif dillərdə danışırlar.
Dərslərdə həvəssiz iştirak edirlər.




← Bazar günləri