Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. “Qarabağ” toponimi Azəzərbaycan dilindəki “qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. 1923-cü ildə Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Problemin kökündə isə isə 18-ci əsrdən başlayaraq Azərbaycana köçürülən ermənilərin ərazi iddiaları dayanır.
Birinci Qarabağ müharibəsi. Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağda yaşayan ermənilər ilə Azərbaycan Respublikası arasında olan etnik və ərazi münaqişəsidir. Birinci Qarbabağ müharibəsi 1991-1994-cü illər ərzində baş vermişdir. Müharibəyə təkan verən əsas amillərdən biri 1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının kütləvi deportasiyası olmuşdur. 1991-ci ildə ermənilər tərəfindən qeyri-qanuni qurum olan Dağlıq Qarabağ Respublikasının elan edilməsi Birinci Qarabağ müharibəsinin başlanması ilə nəticələnmişdir. Münaqişənin həlli üçün yaradılan Minsk qrupunun fəaliyyətinə baxmayaraq Dağlıq Qarabağ və ətraf ərazilər bir-birinin ardınca erməni separatçı qüvvələri tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi – Ağdərə, Şuşa, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut və ətrafında yerləşən 7 inzibati rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan daxil olmaqla 20 % ərazisi işğal olunmuş və 1 million əhalisi qaçqın düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT və onun Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Bu qətnamələrdə Ermənistanın təcavüzkar siyəsəti pislənsə də, erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, bu tələblər indiyə qədər yerinə yetirilməmişdir. 1994-cü ildə Rusiyanın iştirakı ilə tərəflər arasında atəşkəs imzalanmışdır. Atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan tərəfi ona riayət etməmiş, dəfələrlə onu kobud şəkildə pozmuş və pozmağa davam etməkdədir.
Aprel döyüşləri. Atəşkəs sazişi bağlandıqdan sonra ən şiddətli döyüşlər 2016-cı ilin aprel ayında Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş vermişdir. Dördgünlük mübaribə kimi tanınan bu döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun “Lələ təpə” yüksəliyi və Cocuq Mərcanlı kəndi erməni işğaldan azad edilmişdir.
Tovuz döyüşləri. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan atəşkəs rejimini yenidən pozaraq Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tututmuşdur. Nəticədə general-mayor Polad Həşimov da daxil olmaqla 12 azərbaycanlı hərbiçi və 1 mülki şəxs şəhid olmuşdur. Döyüşlər zamanı Bakı və digər şəhərlərdə minlərlə azərbaycanlı Azərbaycan Silahlı Qüvvələrinə dəstək və Ermənistanın işğalçı siyasətinə etiraz məqsədilə küçələrə axışaraq “Qarabağ”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirmişlər. İyulun 23-dən etibarən Azərbaycan və Ermənistanın təmas xəttindəki gərginlik nisbətən zəifləmişdir.
İkinci Qarabağ müharibəsi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi – Dağlıq Qarabağ və ona bitişik ətrafyanı ərzazilərdə aparıldı. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.
Bakı, 14 iyul 2020
İkinci Qarabağ müharibəsi “Vətən müharibəsi” və ya “Dəmir Yumruq” əməliyyatı da adlandırılır. Qırx dörd günlük müharibə ərzində Azərbaycan ordusu beş şəhəri işğal altından azad etmişdir. Cəbrayıl 4 oktyabr, Füzuli 17 oktyabr, Zəngilan 20 oktyabr, Qubadlı 25 oktyabr, Şuşa 8 noyabrda işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında 2020-ci il 10 noyabr tarixində atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə əsasən, müharibə dövründə işğaldan azad edilmiş ərazilər Azərbaycanın nəzarəti altında saxlanıldı. Digər işğal altında olan ərazilər Azərbaycana qaytarıldı.
2020-ci il dekabrın 20-də Bakıda Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirilmişdir. Paradda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Erdoğan iştirak etmişdir. Paradda Azərbaycan və Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Müharibə zamanı hərbi qənimət kimi ələ keçirilən düşmən hərbi texnikasının bir qismi paradda nümayiş edirilmişdir.
İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərəfinə 8 Noyabrın Azərbaycanda Zəfər Günü kimi qeyd olunması qərara alınmışdır. Xarıbülbül nişanı müharibədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinin rəmzinə çevrilmişdir. Bakı şəhərində Vətən müharibəsində qazanılmış qələbənin şərəfinə Hərbi Qənimətlər parkı açılmışıdır. Parkda müharibə zamanını ələ keçirilmiş Ermənistana məxsus hərbi teknika və erməni əsgərlərinin mum manikenləri nümayiş etdirilir.
Həsrətə son
Bütün şərhlər:
Адильбек
Allah bütün şəhidlərimizə rəhmət eləsin