Mətn 1. Alma ağacı


Bir qoca alma ağacı əkirdi. Uşaqlar ona dedilər:
- Bu ağacı niyə əkirsən? Onun meyvəsini çox gözləməli olacaqsan. Sən onun meyvəsindən yeməyəcəksən. Nə üçün zəhmət çəkirsən?
Qoca onlara belə cavab verdi:
- Mən yeməyəcəyəm, başqaları yeyəcək və mənə "çox sağ ol" deyəcəklər. Əkiblər yemişik, əkərik, yeyərlər.


Lüğət:
  • əkmək - сажать
  • zəhmət çəkmək - работать упорно
  • gözləməli olmaq - приходится ждать
  • cavab vermək - ответить
  • başqaları - другие
  • birlikdə - вместе
  • düzgün - правильно
  • sual vermək, soruşmaq - задать вопрос

Qoca nə edirdi?

Uşaqlar qocadan nə soruşdular?

Qocanın əkdiyi ağacın meyvəsini kim yeyəcək?

Mətndə "söyləmək" sözünün sinonimi hansıdır?

əkmək
cavab vermək
demək

"Qoca" sözünün sinonimi hansıdır?

gənc
cavan
yaşlı

Mətnlə bağlı hansı fikir düzgündür?

Qoca uşaqlarla birlikdə alma ağacı əkir.
Uşaqlar qocaya kömək etmək istəyirlər.
Uşaqlar qocaya sual verirlər.




       2. Dil →