Torpaq
Torpaq bir çox canlıların yaşayış məskənidir. İnsanlar torpaqdan bol məhsul əldə etmək üçün ona gübrə verirlər. Gübrə torpağın məhsuldarlığını artırsa da, artıq miqdarda verildikdə onu yararsız hala salır. Çox gübrə verilmiş torpaqda bitən meyvə və tərəvəzi yemək insanda zəhərlənmələrə, müxtəlif xəstəliklərin yaranmasına, torpaqdakı canlıların məhvinə səbəb olur.
İri zavodların ətrafında da torpaqlar çirkləndirilir. Zavodların borularından çıxan zəhərli maddələr tədricən ətrafa çökür və bu, torpaqları yararsız hala salır. Bakının neft mədənləri ətrafında torpaqlar neftlə çirklənmişdir. Əsasən, Abşeron yarımadasında, Qobustanda, Şirvan-Muğan zonasında torpaqlar neft və neft məhsulları ilə yararsız hala salınmışdır.
Hazırda bəşəriyyət üçün təbiətin qorunması qlobal problemdir. Təbiətin qorunması üçün müxtəlif beynəlxalq və dövlətlərarası müqavilələr bağlanır, layihələr həyata keçirilir, sazişlər imzalanır.
Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.
← Emosiyalar | Hava və su → |