Bizim sinif

Bizim sinif ikinci mərtəbədə yerləşir. O geniş və işıqlıdır. Sinif otağında üç böyük pəncərə var. Pəncərənin yanında müəllimin stolu yerləşir. Stolun üzərində onun kitab və sinif jurnalı var.

Bizim sinifdə yeni stollar var. Lövhə divardadır. Biz lövhədə sözləri və cümlələri yazırıq.

Küncdə kitab şkafı yerləşir. Rəflərdə kitablar var. Şkafın solunda asılqan var. Biz ondan palto və gödəkcələrimizi asırıq.

Pəncərədə gül dibçəkləri var. Biz güllərin qayğısına qalırıq. Biz sinfimizi sevirik.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. Şagirdlərin sinfi birinci mərtəbədədir.

doğru yanlış

2. Müəllimin masası pəncərənin yanındadır.

doğru yanlış

3. Onlar lövhədə şəkil çəkirlər.

doğru yanlış

4. Uşaqlar asılqandan paltolarını asırlar.

doğru yanlış

5. Güllərin qayğısına müəllim qalır.

doğru yanlış



← Kamran və rus dili       Mənim ailəm →