Kamran və rus dili

Mənim 10 yaşım var. Adım Kamrandır. Soyadım Məmmədovdur. Mən dördüncü sinifdə oxuyuram. Mənim məktəbim Rəşid Behbudov küçəsində yerləşir. Qardaşım da həmin məktəbdə oxuyur. O yeddinci sinif şagirdidir. Biz məktəbə birlikdə gedirik.

Mən artıq dörd ildir ki, rus dilini öyrənirəm. Bu dili öyrənmək mənim çox xoşuma gəlir. Mən qardaşımla rus dilində nağıllar və şeirlər oxuyuram. Bundan əlavə biz rus dilində cizgi filmlərinə baxırıq.

Bəzən biz valideynlərimizlə Rus dram teatrına gedirik. Orada bizi tamaşalara rus dilində baxırıq. Bütün bunlar mənə rus dilini öyrənməkdə kömək edir.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən sualları cavablandırın.

1. Kamran məktəbə kimlə gedir?

Anasıyla
Atasıyla
Qardaşıyla

2. Kamran neçə ildir rus dili öyrənir?

Üç il
Dörd il
Beş il

3. Kamran rus dili haqqında nə düşünür?

O, rus dilini sevmir.
O, rus dilini çox xoşlayır.
O, rus dilini çətinliklə öyrənir.

4. Kamran rus dili ilə necə məşğul olur?

Rus dilində filmlərə baxır.
Qardaşı ilə rus dilində danışır.
Rus dilində nağıllar oxuyur.

5. Kamran nə üçün Rus dram teatrına gedir?

Tamaşalara baxmaq üçün
Cizgi filmi izləmək üçün
Əylənmək üçün




← Leyla       Bizim sinif →