Ləman
Mənim adım Ləmandır. Ailənin ilk övladıyam. Mən valideynlərimi çox sevirəm, onlar da məni çox sevir. Ata-anamın məsləhətlərinə həmişə qulaq asıram. Evdə hamıdan çox nənəmi istəyirəm.
Ev işlərində anama kömək edirəm. Otağımı səliqəli saxlamağa çalışıram. Ən sevimli məşğuliyyətim gülləri sulamaqdır.
Mən beşinci sinifdə oxuyuram. Müəllimlərim çalışqan olduğumu söyləyir. Sinfimizdə 25 şagird var. Dostlarımla mehribanam. Tənəffüsdə onlarla maraqlı söhbətlər edir, oxuduğumuz kitablardan danışırıq. Amma bir xüsusiyyətim var. Kitablarımı səliqəsiz saxlayıram. Onların vərəqlərində qələmlə qeydlər edirəm. Bəzən vərəqlər cırılmış olur. Özümə söz vermişəm ki, bundan sonra kitablarımı səliqəli saxlayım.
Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.
Kamran və rus dili → |